"Həyəcandan özümü çimdikləyirdim"

"Həyəcandan özümü çimdikləyirdim"
3733 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktrisası Regina Kinq S/magazine jurnalının üz qabığına çəkilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il "If Beale Street Could Talk" filmindəki Şaron Rivers obrazına görə, "ən yaxşı yardımçı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatı alan sənətçi yaşadığı həyəcandan bəhs edib.

"İlyarım həyəcanımı basdırmaq üçün gündə bir neçə dəfə özümü çimdikləyirdim" deyən aktrisa rol seçimi haqda da danışıb.

"Əvvəlcə hekayəyə baxıram. Dürüst olmasına diqqət edirəm. Komediya da olsa, doğruluq payı olmalı, yaşadığımız dünyanı əks etdirməlidir" deyə , o, bildirib.