"Plastik həkimlərə ehtiyacım qalmır" - Zülfiyyə Xanbabayeva

"Plastik həkimlərə ehtiyacım qalmır" -  Zülfiyyə Xanbabayeva
2446 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Zülfiyyə Xanbabayeva yeni fotosessiya üçün obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, müğənni şəkillərindən bir neçəsini sosial şəbəkə istifadəçiləri ilə bölüşüb. Xanbabayeva onu bəzəyən ustalarına da təşəkkür bildirib.

İfaçı "Məni elə gözəlləşdirirsiniz ki, plastik həkimlərə müraciət etməyə ehtiyacım qalmır" sözlərini yazıb. Müğənni bununla ona plastik əməliyyat etdirməsi ilə bağlı ünvanlanan suallara da son qoyub.