Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında - Fotolar

Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında - Fotolar
5315 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub.

Axşam.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına mahnı ilə çıxıb. Azərbaycan Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğulayıb.

Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış etdi. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filipp Kirkorov, Valeri Meladze, Toto Kutunyo, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim edib.

Gecənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşdülər.