Qırmızı xalçada geyimləri ilə yarışdılar - Fotolar

Qırmızı xalçada geyimləri ilə yarışdılar -  Fotolar
4502 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda yerli şou-biznes nümayəndələrinin iştirakı ilə "Altın kelebek" mükafatlandırma gecəsinə həsr edilən tədbir keçirilib.

Axşam.az xəbər verir ki, gecənin xüsusi qonağı türkiyəli aktrisa Demet Özdemir olub. Gecəyə qonaq olan tanınmışlar qırmızı xalçada geyimləri ilə yarışıblar.

İlk olaraq qırmızı xalçadan müğənni Nura Suri keçib. O, tədbirə fərqli tərzdə geyimlə qatılıb. Nura ağ-qara rənglərə üstünlük verib.

Gecənin qonaqları arasında yer alan rəqqasə Oksana Rəsulova qara zərli paltara üstünlük verib. Sənətçinin geyimi uzun yarığı ilə diqqət çəkib.

Aktrisa Pərvin Abıyeva isə geyimi ilə hər kəsi geridə qoyub. O, dərin kürək dekolteli qısa paltar seçib.

Müğənni Sevda Yahyayeva da qırmızı xalçanın diqqətçəkən simalarından olub. O, dəri qara libas geyinib.