Şumaxer xəstəliyə komada qalib gəldi

Şumaxer xəstəliyə komada qalib gəldi
1791 dəfə oxunub
  • A-
  • A
  • A+
2 aya yaxındır komada olan məşhur avtopilot Mihael Şumaxerin səhhətində irəliləyiş var.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Formula 1” yarışlarının əfsanəvi üzvü sətəlcəmə qalib gəlib.

Həkimlər Şumaxerin ağciyərlərindəki təhlükənin aradan qalxdığını bildiriblər. Buna baxmayaraq, idmançı hələ də komadan ayılmayıb.

Qeyd edək ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.