Axşam.az xəbər verir ki, sənətçi özü ilə bağlı sirri açıb. O bildirib ki, ətrafda onunla bağlı "tənbəldir", "çox yatır" kimi fikirlər formalaşıb. Amma, əslində belə deyil:
"Hamıdan tez oyanıram. Sadəcə, özüm elə imic yaratmışam ki, bütün günü yatıram. Səhər 6:05-də oyanıram. 9-dan o tərəfə yatmıram. Özüm elə deyirəm ki, səhər verilişlərinə çağırmasınlar".