Türkiyəli şoumen Cem Yılmaz Bakıya gəlib.

Axşam.az xəbər verir ki, aktyor hazırda media nümayəndələri ilə görüşüb. Cem jurnalistlərin suallarını cavablandırıb:

"Əgər bacarıqlı olsam, şou gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəm. Bakını az gəzdim, sabah vaxtım var. Yaxşı gəzə bilərəm. Gözəl bir yerdir. İki gün sonra geri qayıdacam, amma fikrimdə qalacaq. Buradan tar alacam, dostuma aparacam".

Yılmaz daha sonra "Tarkanla orqaniq bir bağımız var. Bilet qiymətiləri açıqlayanda, ilk ağıla Tarkan gəlir. Sənət adamlarının işi çətindir. Ona görə də sənət dostlarımdan nələrsə danışacam gecədə" sözlərini əlavə edib. 

Cem Azərbaycan sənətçilərindən tanıdıqlarının adını açıqlayıb:

"Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram". 

 
 
 


                 

Digər