Türkiyəli aktrisa Nebahat Çehre "Koruncuq" vəqfinin (Kimsəsiz uşaqlara yardım məqsədilə qurulan vəqf) təşkil etdiyi tədbirinə qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Halit Egenç, Serma Ergeç, Pelin Karahan kimi məşhurların qatıldığı gecədə bir-birindən rəngli görüntülər yer alıb. Tədbirdə ən çox diqqət çəkən isə aktrisa Nebahat Çehrə olub. Uzun dərin sinə dekolteli libası ilə hər kəsin rəğbətini qazanan 75 yaşlı sənətçi ayaqüstü sualları da cavablandırıb.

O, 26 ildir heç kimlə sevgili olmamasının səbəbini açıqlayıb. "Seçici insanam. Mənin yalnızlığımı bitirə biləcək birinə rast gəlməmişəm. ONa görə də həyatımda heç kim yoxdur" deyə, o, bildirib.



                 

Digər