Cem Yılmaz Fəxri Xiyabanı ziyarət edib - Fotolar

Cem Yılmaz Fəxri Xiyabanı ziyarət edib -  Fotolar
4944 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Cem Yılmaz bu gün günorta saatlarında Birinci Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi ümummilli liderin məzarı önünə əklil qoyub, sonra aktyor görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri qoyub.

Cem görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüb.

Daha sonra isə aktyor media nümayəndələri ilə görüşərək bunları söyləyib:

“Biz üzərimizə düşən vəzifəmizi icra etdik. Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevi, onun həyat yoldaşı Zərifə Əliyevanın məzarını ziyarət etdik. Bu, bizim hər birimiz üçün çox önəmlidir".

Sənətçi daha sonra Şəhidlər Xiyabanına gələrək türk əsgərlərin məzarlarlarına gül dəstələri düzüb, şəhidlərin ruhuna dua oxuyub.