Afət efirdə abort etdirdiyini dedi, tənqid olundu - Video

Afət efirdə abort etdirdiyini dedi, tənqid olundu - Video
5371 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Afət Fərmanqızı etdiyi açıqlama ilə izləyiciləri təəccübləndirib.

Axşam.az xəbər verir ki, o, “Şou ATV” verilişində abort etdiyini açıqlayıb:

“Övladımın olmağından ötən ay vaz keçdim. İstəmədim. Düşündüm ki, bir az da zamana ehtiyacım var. Azca tərəddüd olursa, “olmaz”ı seçirəm. Hər şeydə eləyəm. Övladı da istəyirdim, imtina etdim. Bu yaşadək çox problemlər yaşadım. Bütün ailənin yükü mənim üzərimdə oldu. Özümü onlara qurban verdim. Oğlum dedi ki, sən də özünə həyat qur. Qarşı tərəf fikrimə hörmətlə yanaşdı. İstəyirdi ki, övladı olsun. Uşağı tələf etdirəndən sonra aramızda soyuqluq yarandı”.

Onun bu açıqlamaları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənninin ünvanına tənqidlər və təhqirlər yazıblar. Bildiriblər ki, N.Ağamalıyevanın verilişində belə təbliğatın getməsi normal deyil.