Ayanla Xatun arasında “mədəniyyət” qalmaqalı

Ayanla Xatun arasında “mədəniyyət” qalmaqalı
1587 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Xatun Əliyeva və Ayan Babakişiyeva arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, “ATV maqazin onlarla” proqramının “Ruslanla 33 sual” rubrikasına qonaq olan Xatun Ayanı saymazlıqda günahlandırıb:

“Ayan böyük-kiçik bilmir. Ondan neçə bayram böyüyəəm. ELə söz var ki, onu mənə demək olmaz. O elə edir ki, elə bil o, anadır, mən onun balasıyam. Qışqırır üstümə. Mən də sözgötürməyən adam. Sözgötürən olsaydım, gedərdim ailə qurardım, ərimin sözünü götürərdim. “Ay qız, bu nə danışır” deyirdi. Dedim ki, qarşındakı “Çikantaro” deyil. Sözümü onun qulağına dedim”.

A.Babakişiyeva isə sənətçinin cavabını “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında deyib:

“Birincisi, efirdə o sözü deyibsə, onu mikrofonda deyərdi. Elə bir söhbət ola bilməz. Mənim qulağıma heç kim söz deyə bilməz. Bir neçə müddətdir dönmüşəm. Gücüm də, mədəniyyətimi də, tərbiyəmi də dəfələrlə sübut etmişəm. Qulağa dediyi söz açıq mikrofonda deyərdi. Bizim sadəcə telefon danışığımız olub. Mən heç kimə sərhəddi aşmağa icazə vermərəm, mən də o sərhədi aşmaram. Düz deyir, Xatun məndən böyükdür. Ona uğurlar arzulayıram”.