ARB-nin sədr müavininə vəzifə verildi

ARB-nin sədr müavininə vəzifə verildi
1491 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin sədr müavini İbrahim Məmmədova vəzifə verilib.

Axşam.az xəbər verir ki, o, Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunub.

İ.Məmmədov bu barədə “Facebook”da yazıb:

“Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!

Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacam. Bir daha hər kəsə minnətdaram!”.

Qeyd edək ki, Nazirlər Kabinetinin bundan öncəki mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev idi.