Azərbaycanda oğlan uşaqlarının sayı artır

Azərbaycanda oğlan uşaqlarının sayı artır
2958 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104702 doğulan körpə qeydə alınıb.

Axşam.az xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi  isə qız  uşaqlarıdır.

Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.