Samirlə Elnur 11 il sonra eyni səhnədə - Fotolar + Video

Samirlə Elnur 11 il sonra eyni səhnədə - Fotolar + Video
3395 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Bakıda məşhur otellərin birində iş adamı Hüseyn Əliyevin dəbdəbəli toyu keçirilib.

Axşam.az-ın məlumatına görə, məclisin əsas müğənni qonaqları isə “Eurovision” iştirakçıları olub.

Toyda Eldar Qasımov, Elnur Hüseynov, Nigar Camal, Samir Cavadzadə, Dilarə Kazımova, Diana Hacıyeva, Aysel Məmmədova iştirak edib.

Məclisi aparan Zamiq Hüseynov olsa da, Türkiyədən musiqi qrupu, “Eurovision” müsabiqəsinin Malta təmsilçisi də canlı ifalar səsləndirib.

S.Cavadzadə və E.Hüseynov 11 il sonra eyni səhnədə “Day after day” mahnısını oxuyublar. Onların canlı ifası toy iştirakçılarının ürəyincə olub.

Qeyd edək ki, H.Əliyev Bakıda aksessuar mağazaları şəbəkəsinin rəhbəridir. O, Səma Mirzə adlı xanımla ailə həyatı qurub.