"Onu deputat hesab etmirəm" - Faiq Ağayev

"Onu deputat hesab etmirəm" -  Faiq Ağayev
2867 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bəylər arasında rəqabət olmayıb. Mənə rəqib çıxanlar xanımlar olub. Bəziləri ilə dost olmuşuq, bəziləri ilə danışmırıq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "3D" verilişində deyib. Müğənni küsülü olduğu həmkarları ilə bağlı sualları cavablandırb.

Ağayev bir vaxtlar millət vəkili olmaq istəməsi ilə bağlı danışıb:

"Nə namizəd olmuşam, nə fikrimi dəyişmişəm. Bir aparıcı sual verdi ki, mən sizi o kürsüdə görürəm. Bununla da söhbət bitdi. Ondan sonra başladılar deputatlardan soruşmağa, küçədə sorğu aparmağa. Seçkilərə bir il qalıb, gözləyək görək nə olacaq".

Müğənni "Sizin ərazidən millət vəkili kimdir" sualına isə belə cavab verib:

"Bir neçə il məlum fiqur oldu. Onu deputat görmürdüm, etiraz olsun deyə, seçkiyə də getmirdim. Düşündüm ki, şəxsi etirazımı belə həyata keçirsəm, yaxşı olar. 8 ildə bir dəfə də getmədim, bilirdim namizəd kimdir".