“Bu şəhərdə” 11 ildən sonra bunu etdi

“Bu şəhərdə” 11 ildən sonra bunu etdi
2718 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bu şəhərdə" komandası növbəti kinosunu təqdim etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, 11 illik fasilədən sonra ssenarist Müşviq Abbasov "Şabaş" adlı film lentə alıb. Ekran işinin qala gecəsi dekabrın 5-də olacaq.

"Şabaş"ın baş rollarını Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov ifa ediblər.

"İllər ərzində konsertlərə və qastrol səfərlərinə başımız qarışdığı üçün film çəkə bilmirdik. Bu filmin ssenarisi 10 ildən çoxdur hazırdır. Ümid edirəm ki, tamaşaçı bəyənəcək" deyə, müşviq bildirib.

Abbasov "Şabaş"ın ssenarisi haqda da danışıb:

"Filmdə Rəfael və Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Toya getdikləri müğənni ilə pul üstündə davaları düşür. Hadisələr gülməli davam edir".