"Ailəmizdə yasdır" - Azər toy xəbərindən danışdı

"Ailəmizdə yasdır" -  Azər toy xəbərindən danışdı
19835 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Azər İsmayılov bu gün toyu olması məsələsinə reaksiya verib.

Axşam.az xəbər verir ki, o, üçüncü dəfə nikah masasına oturacağını şayiə adlandırıb. Azər bildirib ki, hazırda onların ailəsində yasdır:

"Ailə üzvlərim hazırda yasdadır. Əmim oğlu neft daşlarında suda batdı. Meyidi uzun axtarışdan sonra tapıldı. Toy yoxdur".

Azər bu haqda özünün "xeber24" "Youtube" kanalında açıqlama yayıb.

Qeyd edək ki, "qafqazinfo" saytı noyabrın 21-də Azərin üçüncü dəfə toy edəcəyi xəbəri yayıb.