Pərvin də gözlərini dartdırdı - Fotolar

Pərvin də gözlərini dartdırdı - Fotolar
4410 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Pərvin Abıyeva üzünə yeni estetik müdaxilə etdirib.

Axşam.az xəbər verir ki, o, “Badam göz” trendinə qoşularaq, bu dəfə gözünün formasını dəyişdirdib.

Belə ki, gözdartma əməliyyatı etdirən sənətçi ilk dəfə bu görünüşdə “Altın kelebek”in partisinə qatılıb. Daha sonra Pərvinin İnstaqramda paylaşımlarında onun estetik müdaxilə etdirməsi açıq-aydın nəzərə çarpıb.

Qeyd edək ki, bu müdaxilə gözün çöl küncündə “kantus” adlanan sahənin yuxarı doğru çəkilərək yenidən şəkilləndirilməsidir. Həkimlər iddia edir ki, bu əməliyyatdan sonra gözlərdəki ifadə daha canlı, dinamik və təsiredici hala gəlir.