Türkiyəli model və aparıcı Çağla Şikel müğənni Artonu məhkəməyə verib.

Axşam.az xəbər verir ki, buna səbəb ifaçının onu ünvanına dediyi sözlər olub. Belə ki, Çağla İnstaqram hesabında "qısa ətəklə necə oturub-qalxmalı" başlıqlı video paylaşıb. Arto isə həmin videoya "Sən əvvəlcə sinəni millətə göstərməməyi öyrən" deyə, rəy yazıb. Bu sözlərdən qəzəblənən model onu polisə şikayət edib. Məhkəmə qərarı ilə Artoya 3 aylıq uzaqlaşdırma və Şikellə bağlı danışmamaq qadağası verilib.



                 

Digər