Selin mərhum ərini unuda bilmir

Selin mərhum ərini unuda bilmir
1429 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Selin Dion mərhum ərindən sonra sevgili axtarışında olmadığını deyib.

Axşam.az xəbər verir ki, qatıldığı canlı yayımda maraqlı açıqlamalar verən sənətçi ərini unutmadığı etiraf edib:

"İndi heç kimlə görüşmürəm. Sevgilim yoxdur. Ancaq bu gələcəkdə sevməyəcəyim anlamına gəlmir. Hazırda isə sadəcə mərhum ərimi sevirəm. Hər gün övladlarımın gözündə onu görürəm".

Selin yeni sevgili tapacağı zaman bu xəbəri pərəstişkarları ilə bölüşəcəyinə söz verib.

Qeyd edək ki, S.Dion "Forbes"ə görə dünyanın ən çox qazanan qadın müğənniləri siyahısındadır.