“Niyə?” filminin qalası keçirildi - Fotolar + Video

“Niyə?” filminin qalası keçirildi - Fotolar + Video
1924 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Xəzər” TV-nin binasında “Niyə?” komediya filminin qala gecəsi baş tutub.

Axşam.az xəbər verir ki, təqdimat gecəsində tanınmış simalar da iştirak edib. Filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıblar.

Ekran işinin baş rollarından birini canlandıran aktyor Fərda Xudaverdiyev filmdə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib:

“Yaradıcı heyət keçən il yayımlanan “Niyə?” serialının həddindən artıq sevilib və marağa səbəb olmasını nəzərə alıb, təklif  etdi ki, yenidən “Niyə”nin filmi çəkilsin. Çünki, bundan əvvəl “Niyə?” filminin 2 bölümü çəkilib. Tamaşaçı Asimanla İsabalanı bir o qədər də tanımırdı. Amma həftəlik serial və “YouTube”da da trend  olmağımız yeni bir filmin çəkilməsinə zəmin yaratdı”.

Aktyor Müşviq Şahverdiyev isə zarafatla filmdən ən çox ssenarist Ənvər Abbasovun qazandığını qeyd edib.