Gülay ölən atasından danışıb, ağladı - Video

Gülay ölən atasından danışıb, ağladı -  Video
4821 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynallı "Şou ATV" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi dünyasını dəyişən atasından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Valideynə sağlığında qiymət vermək lazımdır. Anamla atam ayrılmışdı. Bəzi valideynlər kimi mənim anam bizi atamıza qarşı etməyib. Hər zaman deyirdi, danışın, əlaqə saxlayın. Bacılarım tez-tez danışırdı, mən gec-gec yığırdım. Bizi babam böyüdüb. O, dünyasını dəyişəndə, fikirləşdim ki, dünyada bundan ağır itki olmaz (ağlayır).

Amma atam dünyasını dəyişəndə, gördüm çox ağır imiş. Son günlərində övlad borcumu yerinə yetirdim. Bəzən bacılarımın problemlərindən yoruluram, özlərinə demirəm, üstümə ağır yük düşür.

Valideyn kimi heç kim səni sevə bilməz. Atam Göyçayda qalırdı, gedib gətirdim, xəstəxanaya yerləşdirdim, bacardığımı etdim. Onun 6 bacısı var, dəyərli insanlardır. Vaxtımız olmadı onunla danışmağa.

Bu yaxınlarda Göyçayda toyda idim. Bir oxuyan oğlan yaxınlaşdı ki, atanız hər dəfə toya gələndə məni çağırırdı, deyirdi, Gülay mənim qızımdır, onun mahnısını oxu. Gəlib fikirləşdim ki, demək, atam mənimlə fəxr edirmiş".