Futbolçu xanımına avtomobil hədiyyə etdi

Futbolçu xanımına avtomobil hədiyyə etdi
2251 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli futbolçu Caner Erkin Sevgililər günündə xanımı Asena Erkinlə şam yeməyinə çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeməkdən sonra Caner həyat yoldaşına sürpriz edib.

O, Asenanı yaxınlıqdakı “Mercedes” avtosalonuna apararaq istədiyi avtomobili seçə biləcəyini deyib.

Daha sonra Asena Canerdən ayrılaraq restorana qayıdıb. Restoran işçiləri isə pop musiqiçisi Berkayın orada olduğunu xəbər verib. Bunu eşidən Asena məkandan çıxaraq avtomobili ilə evə yollanıb.

Qeyd edək ki, bir müddət əvvəl A. Erkinin Berkayla birlikdə olduğu haqqında şayiələr yayılmış və modelin Canerlə münasibətləri korlanmışdı.