Aygün Kazımovanın qardaşı azadlığa çıxdı

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
4026 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb.

Axşam.az xəbər verir ki, Femida.az məsələ ilə bağlı Xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. Sənətçi qardaşının həbsdən çıxma xəbərini böyük sevinclə təsdiqləyib.

“Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil - Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun”.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.