"Onlara görə utanıram" - Aysel

"Onlara görə utanıram" -  Aysel
2479 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kimdə nə yoxdursa, ondan danışır. Məsələn, baxırsan nə gündədi. Amma deyir ki, filankəsin məndən ötrü ürəyi gedir. O cür insanlara psixoloji durumu pis olan kimi baxıram".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi bayağı mahnı oxuyan ifaçıları tənqid edib:

"Onlara inkişaf etməyi, reallığı görməyi diləyirəm. Öz qüsurlarınla gərək barışasan. Görür filankəs şortik geyinir, deyir, mütləq mən də etməliyəm. Axı getdiyin yerə uyğun deyil. Bacarmırsansa, ətraf sənə güləcəksə, gedib özünü biabır etməmək daha məntiqlidir. Bilsəm ki səsim, savadım yoxdur, durub mahnı oxumaram. Utanaram, oxumağa.

Bəzi ifaları dinləyib, onlardan utanıram. Qulağım onu qəbul etmir. Özümü öldürüm? Tapa bilmirəm o mahnılarda özümü. İstəyərdim ki, heç kim tapmasın. Sənəti olan bəllidir. Tamaşaçının qulağı güclüdür. Bilir savadlı, savadsız kimdir".