“Yaprak dökümü” serialı ilə məşhurlaşan aktrisa Deniz Çakır açıqlamaları ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi xaricə satılan türk serialları ilə bağlı “Bunun mənə nə faydası oldu” deyə, sual ünvanlayıb.

D.Çakır bildirib ki, bundan sonra müqavilə imzalayarkən bütün bunlara diqqət edəcək. Aktrisa Ərəb ölkələrindəki reklamlar bağlı da danışıb:

“Ərəb ölkələrindən reklam təklifi gəldi. Mən o qədər pula möhtac deyiləm. Başım xarab olmayıb ki, İordaniyada kərə yağı reklamına çəkilim. Çox şükür yatağımda rahat yatıram”.



                 

Digər