Bu yaz dəbdə olacaq ayaqqabılar

Bu yaz dəbdə olacaq ayaqqabılar
13163 dəfə oxunub
  • A-
  • A
  • A+

Hansı qadın gözəl ayaqqabını sevmir?
Yəqin ki, belə bir xanım tapmaq çətin olar.
2013-cü ilin yaz ayaqqabı dəbi artıq məlum olub. Bu yaz ayaqqabılar gümüşü və qızılı rənglərinə, atlas, zamşa materiallarına və rəngarəngliyə görə seçilir.

Parıltılı ayaqqabılar

2013-cü il yaz aylarının ən dəbli ayaqqabıları 90-cı illərin diskoteka geyimini xatırladır. Onlar metalik parıldayan dəridən hazırlanıblar. Hətta kluba getməyi sevməyənlər belə bu yaz parıldayan ayaqqabı ilə küçədə sərbəst gəzə bilərlər.

Şişuclu

Son on ildə dəb dünysında tez-tez gündəmə gələn şişuclu ayaqqabılar bu yaz da aktual olacaq. Bu ayaqqabıları seçərkən unutmayın ki, həmin modellər hündür və arıq xanımlar üçündür. Rəngli və ucuşiş ayaqqabılar ayaqları bir az kök köstərir. Ona görə də modelyerlər artıqçəkili xanımlara ondan istifadə etməməyi məsləhət görürlər.

Atlas

Əvvəllər atlas ayaqqabını yalnız toyda gəlin üçün alırdılar. 2013-cü ilin gündəlik ayaqqabı dəbində atlas materiallara çox rast gələcəksiniz. Onu həm gündəlik, həm də gecə geyimləri ilə istifadə edə bilərsiniz.

Pop-art stili

Dizaynerlər bu il muncuq, güllər və tikmələrlə bəzədilmiş ayaqqabılar da məsləhət görürlər. Bu tip ayaqqabılar rəngli olmalıdır.

Klassik dəb

Bu tip ayaqqabılara çox pul ödəməyə də dəyər. Çünki onları bir yox, iki-üç il də geyinə biləcəksiniz. Klassik ayaqqabı seçərkən onun tünd qəhvəyi rəngdə dəri materialında olmasına diqqət edin.