Arda reklama çəkilir

Arda reklama çəkilir
826 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli futbolçu Arda Turan reklam çarxına çəkiləcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Atletiko Madrid”in üzvü “Simit Sarayi”nın yeni kampaniyasının tanıtımını edəcək.

Şirniyyat məhsulları istehsal edən şirkətin yaradıcısı Haluk Okutur Ardaya tərəf müqabili axtardıqlarını bildirib:

“Arda Türkiyəni dünyada təmsil edir. Oynadığı reklamlar gözəl effekt verir. Onun düzgün seçim olduğunu düşünürəm. Yeni reklam filmi üçün Ardaya tərəf müqabili tapmağa çalışırıq. Qısa müddətdə seçimlərlə tanış olub qərar verəcəyik”.

Qeyd edək ki, A. Turan daha əvvəl də adıçəkilən firmanın reklam çarxında iştirak edib.