Müğənni Murad Arif "Bossa Nova" adlı yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnının musiqisi Vaqif Gərayzadə, sözləri isə Teymur Məmmədova aiddir.

M.Arif yeni mahnısı haqda "Yeni bir Gərayzadə nəğməsi... Bu, başqa mərhələdir... Zövqlü adamlar üçün..." sözlərini işlədib.

Qeyd edək ki, klipi Delee ərsəyə gətirib. Ekran işində Əlibəy Məmmədli, Fidan Bayramova, Natiq Məcidzadə, Şükran Məmmədov, Alena Kaporeyko, Katerina Morozova, Kamal Qədirov, Elçin Tərlan Nuri kimi aktyorlar yer alıb.



                 

Digər