Modelin qayınatası məşhur brend üçün 16,2 milyard ödəyəcək

Modelin qayınatası məşhur brend üçün 16,2 milyard ödəyəcək
1568 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Natali Vodyanovanın ərinin atası, "Louis Vuitton Moët Hennessy"nin rəhbəri Bernar Arno daha bir yeniliyə imza atmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, biznesmen bu dəfə "Tiffany & Co."nun səhmlərini alacaq. Hər iki tərəf razılıq əldə edib, bircə sənədlərin hazırlanması qalıb.

O, bunun üçün 16,2 milyard dollar ödəyəcək. Sahibkar bildirib ki, şirkət öz fəaliyyətini olduğu kimi davam etdirəcək və ABŞ bazarındakı yerini daha da genişləndirəcək.

Qeyd edək ki, Vodyanovanın qayınatası "Dünyanın ən varlı adamları" siyahısında Bill Qeytsi keçib. "Tiffany"ni aldıqdan sonra isə onun dünyanın ən varlı adamı, "Amazon"un yaradıcısı Ceff Bezosu da keçəcəyi gözlənilir.