“Eurovision”da iki ölkə türkcə oxuyacaq

“Eurovision”da iki ölkə türkcə oxuyacaq
1146 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin mayında İsveçdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iki ölkə Türkiyəyə sürpriz edib.

Axşam.az-ın məlumatına görə, yarışmaya qatılacaq iki ölkə mahnılarını türk dilində oxuyacaq.
Belə ki, Bolqarıstan təmsilçisinin ifa edəcəyi “Love Unlimited” mahnısının nəqarəti türk dilində “Seni seviyorum” deyə səsləndiriləcək.

Digər tərəfdən isə İrlandiyanı müsabiqədə təmsil etmək istəyən qrupun üç solisti türkdür. Onlar da müsabiqəyə qatılacaqları təqdirdə türk dilində mahnı ifa edəcəklərini bildirib.