Saçını boyadı, ölümdən döndü

Saçını boyadı, ölümdən döndü
2666 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərəli tələbə Şennon Sarstonun saçını boyamaq istəyi onun başına iş açıb.

Axşam.az xəbər verir ki, 24 yaşlı qız saşlarını boyadıqdan sonra dərisində və boğazında yanmalar hiss edib. Adi allergiya olduğunu düşünən Şennon səhər oyandıqda isə vəziyyətin sandığından daha ciddi olduğunu anlayıb. Təcili xəstəxanaya çatdırılan qızın nəfəsində də problem yaranmışdı.

Şennon bildirib ki, həkimlər hətta onun saçını kəsməyi belə təklif etmişdilər. Ancaq Şennon bunu etməyib. 3 ay müddətində dərmanların mütəmadi qəbulu və həkim nəzarəti ilə simptomlar tədricən aradan qaldırılıb.