"Daha ölüm qorxusu yoxdur"

"Daha ölüm qorxusu yoxdur"
1989 dəfə oxunub
  • A-
  • A
  • A+
“Daha narahatlığa əsas yox. Bundan sonra rahat həyatıma davam edə bilərəm. Ölüm təhlükəsini atlatdım”. 

Axşam.az xəbər verir ki, bunu AzNews.az-a Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova deyib. Onun sözlərinə görə, fevralın 18-də Bakıya qayıdacaq və teatrda qaldığı yerdən davam edəcək:

“Həkimlər ikinci dəfə məni müayinə etdilər. Müayinədən sonra bildirdilər ki, daha ölüm qorxusu yoxdur. Allaha şükürlər olsun”.

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla bağlı 3 dəfə əməliyyat olunub. Hazırda isə Türkiyədə ikinci dəfə kimyaterapiya kursu keçir.