ABŞ-da soyuducuda bir ilədək xarab olmadan qalan yeni alma növü satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, “Kosmik xırçıltı” adı verilən alma ilk dəfə 1997-ci ildə Vaşinqton Dövlət Universitetində yetişdirilməyə başlanılıb. “Sərt, xırçıltılı və sulu” olaraq təqdim edilən almanın satışa çıxarılması 10 milyon dollara başa gəlib.

BBC bildirir ki, qırmızı almaya üstündəki açıq-sarı çillərin ulduzlara bənzədiyinə görə “Kosmik xırçıltı” adı verilib.

Ağacların məhsul qabiliyyəti üç il sonra üzə çıxır. Məhsul universitetin proqramına əsasən, 10-12 ay arasında soyuducuda xarab olmadan, dadını itirmədən qalır.

Vaşinqtonda 12 milyondan çox “Kosmik xırçıltı” ağacı əkilib. Sərt lisenziya sistemi ilə bağlı olaraq ABŞ-ın başqa bölgələrində fermerlərin bu almaları yetişdirməsinə icazə verilməyib.



                 

Digər