Dekabrın 2-də Azərbaycan Teatr Xadimləri İttifaqında üçüncü Eksperimental Teatr Festivalının açılışı olub.

Axşam.az xəbər verir ki, Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Açılışdan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Artıq üçüncü dəfədir ki, keçirilən festival çərçivəsində 18 tamaşanın nümayiş ediləcəyini deyən A. Nemətov bildirib ki, festivalda yalnız gənc aktyorlara meydan verilib:

“10 ilə yaxındır ki, gənclərlə işi davam etdiririk. Düşünürük ki, daha istedadlı, bacarıqlı sənət adamları önə çıxsın. Biz təqdim olunan tamaşalar vasitəsilə öz istedadlarını göstərən gənclərin sonraki vaxtlarda imkanlarını daha genişləndirəcəyik. Bu festivalda hər gün iki tamaşa nümayiş olunacaq. Səhnə əsərləri saat 14:00 və 17:00 da teatrsevərlərin ixtiyarına veriləcək. Builki festivalın açılışını Gəncə Dövlət Kukla Teatrının “Düyməcik” tamaşası ilə başlayırıq. İştirak edən hər kəsə uğurlar arzulayıram”.

Rejissor Şamil Məmmədlinin quruluş verdiyi “Düyməcik” tamaşasında rolları Səməd Xanməmmədov, Nərmin Şərifova və Nahidə Namazova ifa ediblər.



                 

Digər