23 yaşında dünyanın ən gənc milyarderi ünvanına sahib olan Kayli Cenner keçmiş sevgilisi, reper Travis Skotla birlikdə görüntülənib.

Axşam.az xəbər verir ki, həftəsonu kazinoda birlikdə əylənən cütlüyün yanında Kaylinin anası və bacıları da olub. Kayli və Skotun bir-birləri ilə səmimi davranışları onların yenidən birlikdə olduğunu ağıllara gətirib.

Qeyd edək ki, 2 ildir birlikdə olan cütlüyün Stormi adlı qızları var. Onlar oktyabr ayında ayrıldıqlarını açıqlamışdılar.



                 

Digər