Bacılar "Playboy"la danışıqlar aparır - fotolar

Bacılar "Playboy"la danışıqlar aparır -  fotolar
3897 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə cəmiyyətinin İnstagram, Youtube və Twitter sosial şəbəkələrinə həvəskar olması heç kimə sirr deyil. Türk şou-biznesinin bir çox nümayəndəsi ilk addımlarını bu sosial şəbəkələrə video, şəkil yükləyərək atıblar. Bir çox türk müğənnisi var ki, məhz Youtube-a öz mahnılarını akustik formada yükləyərək internet fenomeni olub və internetdən birbaşa səhnəyə ayaq açıblar. Son dövrlərdə isə Türkiyənin diqqətini cəlb etmək üçün ya İnstagramda ya da ki, Twitterdə məşhur olmalısan. Çünki türk televiziyalarında bir çox “İstedadını nümayiş etdir” tipli verilişlər var və bu, Youtube-da məşhurluqdan daha yaxşıdır. Özünə güvənən və müğənni olmaq istəyən gənclər mahnılarını və gitaralarını götürüb birbaşa bu verilişlərə gəlirlər.

Son dövrün Twitter və İnstagram fenomenləri isə Esra və Ceyda bacılarıdır. Bu iki bacı son 4-5 ildə etdikləri hərəkətlər və çəkdirdikləri şəkillər ilə Türkiyə mediasının əsas diqqət mərkəzində olan qızlar olublar. Bacıların böyüyü Esra Ersoydur. 1985-cü ildə Türkiyənin Mersin şəhərində doğulub. Sarışın gözəl ilk öncə Bilkent Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir müddət müxtəlif peşələrdə özünü sınayıb. Sonra isə işlədiyi yerdən istefa verərək Müjdat Gezen Sənət məktəbini oxuyur. Sənət məktəbində oxuduğu müddətdə bacısı ilə Twitterdə paylaşdıqları açıq-saçıq şəkilləri görən türk televiziya işçilərinin sayəsində məşhurlaşırlar.

İkinci bacı isə Ceyda Ersoydur. 1988-ci ildə böyük bacısı kimi Mersində doğulub. Bilkent üniversitetinə daxil olan Ceyda bir müddətdən sonra Bilkent universitetini Mədəniyyət (Kültür) universitetinə dəyişib. Bacısı kimi Müjdat Gezen Sənət məktəbində oxuyan Ceyda həmçinin 2010-cu ildə “Miss fotomodel of Turkey” yarışmasına da seçilir. Ceyda Türkiyənin hələlik ilk və tək fotomodeli sayılır. Sarışın gözəllər çox cazibədar olduqlarına görə bütün reklam agentlərinin və müğənnilərin diqqət dairəsində olurlar. İki bacı birlikdə 10-larla reklam filmində rol alırlar. Türklərin tanınmış rok qrupu “Manga”nın klipində bacılar əsas rollardan birini ifa edirlər. Son dövrlər isə bacıların adı dünyanın ən məşhur jurnalı olan “Playboy” ilə birlikdə çəkilir. Sosial mediada “cicişlər” adlandırılan bacılar öz rəsmi Twitter hesablarından hazırda “Playboy” jurnalının rəsmiləri ilə müzakirələr apardıqlarını, qiymətdə razılaşacağları təqdirdə jurnal üçün açıq-saçıq şəkillər çəkdirəcəklərini bəyan ediblər. Türk mediasının böyük əksəriyyəti bacıları bu addımlarına görə tənqid atəşinə tutmaqlarına görə bir neçə gün öncə bacılar tvitter hesablarından belə bir tvit paylaşdılar.

Ən namuslu Playboy gözəli mənəm! (Ceyda)

1937.az