Azərbaycanlı aktyor rus serialında - Fotolar + Video

Azərbaycanlı aktyor rus serialında - Fotolar + Video
1585 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə ay öncə məşhur rusiyalı rejissor Mixail Şevçukun “Mask-E-rad” filmində çəkilməsi ilə gündəmə gələn azərbaycanlı aktyor Anar Xəlilov bu dəfə serialda rol alıb.

Axşam.az xəbər verir ki, 25 yaşlı sənətçinin oynadığı ekran işi “Məxməri mövsüm” adlanır və Rusiya telekanallarından birində yayımlanacaq.

Dram janrında olan serialda Olqa Spirkina, Sergey Aktasov kimi məşhurlar yer alır.

Anar Xəlilov Boris Şukin adına Teatr İnstitutunun məzunudur. O, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın tələbəsi olub. Aktyor azərbaycanlı rejissor İlqar Safatın "İçərişəhər" filmində əsas rolu oynayıb.

Aktyor fəaliyyətindən başqa, Xəlilov həmçinin müxtəlif layihələrdə fotomodel kimi iştirak edir.