Murad Arif "Eurovision"a getmək istəyir

Murad Arif "Eurovision"a getmək istəyir
710 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Murad Arif "Eurovision"a getmək istəyir.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda İnstaqramında yazıb. Ötən gün şəhər klublarından birində konsert verən Murad namizədliyini irəli sürdüyünü vurğulayıb:

"Bugünkü konsertimdən sonra bəyan etmək istəyirəm və hər birinizdən buna dəstək gözləyirəm: "Eurovision 2020" üçün namizədliyimi rəsmi olaraq təklif edirəm. Buna hazıram və arzulayıram!

Bizə 3 dəqiqəlik hit lazımdır. Özümüz yazaq, öz uşaqlarımızla, nəğməmizlə oraları partladaq. Bizə inanın".