"Televizorda hansı filmi yayımlayırlarsa, baxıram. Yeni çəkilənlərin adı yadımda qalmır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov "Səhər-səhər" verilişində deyib. Filmlərdən danışan müğənni onları bəyənmədiyini etiraf edib.

O, aparıcı Rövşanə Ağasəfqızının "Yeni çəkilən filmlər elə gündədir ki, adı da yadda qalmır" sözlərinə belə cavab verib: 

"Adları yadda qalmasa da baxıram. Son vaxtlar çəkilən filmlər bədii cəhətdən çox zəifdir. Onların 10-15-i bir "Ögey ana"ya dəyməz. Bəzi məqamlar var ki, bunu mən açıqlaya bilmirəm". 



                 

Xəbər lenti