Xalq artisti Niyaməddin Musayev "Səhər-səhər" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, aparıcı Rövşanə Ağasəfqızı müğənnini təqdim edərkən "Titullarını saymaq lazım deyil. Onu hamı tanıyır" sözlərini deyib. Onun bu ifadəsi Musayevi əsəbiləşdirib.

N.Musayev "Deyirsiz, titulları saymayaq. Bunu tamaşaçılara bildirmək lazımdır. Azərbaycan milli estradasının təməlini qoyan, musiqiləri İranda, İraqda səslənən ifaçıyam. Şöhrət ordeni ilə təltif olunmuşam" sözlərini söyləyib.

Rövşanə isə "Siz gözəl sənətkarsız, bura üç nöqtə yox, nida qoyuruq" cavabını verib.



                 

Xəbər lenti