Çağatayla Serenayın sevgisi "saxta" çıxdı

Çağatayla Serenayın sevgisi "saxta" çıxdı
2667 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Çağatay Ulusoy və Serenay Sarıkaya yayılan xəbər səs-küy doğurub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tərəflər arasında eşq münasibəti yaşanması haqqında iddiaların həqiqətəuyğun olmadığı bildirilir.

Serenayın hələ də keçmiş sevgilisi Murad Süğlünün kirayə pulunu ödədiyi evdə qalması bu fikirdə olanların sayını artırıb.

Çağatayla Serenayın mediaya özünü sevgili kimi göstərməsinin 2 səbəbdən qaynaqlandığı ehtimal edilir. Birincisi, aktyorlar baş rol ifa etdikləri "Medcezir" teleserialını təbliğ etmiş olurlar. İkinci düşüncəyə görə isə, S. Sarıkaya hələ də M. Süğlünlə sevgilidir və bu münasibəti gizlətmək üçün sözügedən şayiələrin yayılmasında maraqlıdır.

Qeyd edək ki, bir müddət əvvəl Serenayın evli iş adamı Muradla birlikdə olduğu aşkarlandıqda aktrisa ilə onun ailəsi arasında qalmaqal yaranmışdı. Daha sonra tərəflərin ayrıldığı bildirilmişdi.