Evlilikdə tez-tez yaranan münaqişə səbəbləri

Evlilikdə tez-tez yaranan münaqişə səbəbləri
1839 dəfə oxunub
  • A-
  • A
  • A+

Xoşbəxt olmayan cütlüklərin tez-tez dalaşdıqlarını düşünürsünüzsə, yanılırsınız.

Çünki, bir-birini sevən cütlüklər də ara-sıra münaqişə edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi münaqişələrin səbəbləri isə çox zaman eyni olur.

Alış-veriş mövzuları

Cütlüklər arasında ən çox söz-söhbət alış-veriş zamanı yaranır. Aldığınız məhsulların rəngi, qiyməti belə bir dava səbəbidir. Əgər bu mövzuda diqqətli olub, bir-birlərinizin düşüncə və zövqünə hörmətlə yanaşsanız bu problemi həll etmiş olacaqsınız.

Ailə büdcəsi mövzuları

Ailədə çıxan əsas problemlərdən biri də büdcə məslələridir. Bahalı paltar, maşın ya da hər hansı əşya almaq və ya irəlidə hər hansı bir tətil düşünərkən bahalı seçimlər etmək ər-arvad arasında münaqişəyə səbəb olur. Büdcənizi nəzərə alaraq xərcləsəniz bu problemləri önləmiş olacaqsınız.

Dostlara vaxt ayırmaq

Evlilik ətraf mühitdən qopmaq anlamına gəlmir. Ya da ərinizin və ya xanımınızın dostarı ilə zaman keçirmək insanı yora bilər. Öz dostlarınızla da xoş vaxt keçirə bilərsiniz. Cütlüklərin bu mövzuda anlayışlı davranması evliliyi uzun ömürlü edə bilər.

Keçmiş zamanda qalmaq

Cütlüklərin ən çox münaqişə etdiyi şeylərdən biri də keçmiş sevgililərdir. Bu mövzular münasibəti bitirə bilər. Əgər həyatınızdakı insan sizin yanınızda və sizinlə evlidirsə deməli seçimi siz olmusunuz. Bunu anlamaq, keçmişi unudub gələcəyə dair planlar urmaq lazımdır.

Özəl günlərin xatırlanması

Cütlüklər üçün bəzi özəl günlər vardır və bu günlərin unudulması xeyli problem yaradır. Ona görə, bu cür günləri birlikdə xatırlamaq və həmin günə dair birlikdə qurmaq lazımdır.