Axşam.az xəbər verir ki, sənətçi dörd fərqli obrazda fotosessiya etdirib. Samirə şəkillərini İnstaqram səhifəsində yayımlayıb.
O, fotolarına "Əsas qəlbimizi isti saxlayaq. Bu 3 şeyi özünüzdən əsirgəməyin: özünüzü sevin, özünüzə güvənin, öz üzərinizdə çalışın. Özgüvən, övlad sevgisi, yaşamaq eşqi və ən əsası, varlığım üçün şükür etməyim, xoşbəxtliyimdir" şərhini qeyd edib.