Yeni Ombudsman qadına qarşı zorakılıqla bağlı tədbirdə - Fotolar

Yeni Ombudsman qadına qarşı zorakılıqla bağlı tədbirdə -  Fotolar
3726 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 7-də Bakıda “Qadına qarşı zorakılığa YOX deyək" adlı sosial çarxın təqdimatı keçirilib.

Axşam.az xəbər verir ki, tədbir Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Səbinə Əliyeva, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, V çağırış üzrə Milli Məclisin deputatları Aydın Hüseynov, Azər Badamov, Qənirə Paşayeva, xalq artistləri Mənsum İbrahimov, İlqar Muradov, Türkiyənin  tanınmış  sənətçisi Haluk Ləvənt, Qarabağ qazisi, paralimpiya çempionu İlham Zəkiyev və digər tanınmış şəxslər çıxış ediblər.

Bildirilib ki, bu cür maarifləndirici sosial çarxların əhəmiyyəti və təsiri olduqca önəmlidir. Çəkilmiş sosial çarx cəmiyyətin qadına qarşı şiddətə olan mövzuya fikrini dəyişəcək. Şiddətə heç bir bəraət verilə bilməz. Ailədə böyüyən uşağın şiddət mühitində tam yetkin vətəndaş kimi böyüməsi mümkün deyil.

Ombudsman Səbinə Əliyeva çıxışında məişət zorakılığı fonunda qadın hüquqları barədə məlumat verib, ailədaxili zorakılıq hallarının ailənin bütün üzvlərinə mənfi təsirindən danışıb. Selektiv abortlar, erkən nikah barədə söz açan Ombudsman bu mövzuların omdusman aparatının diqqətində olduğunu xüsusi vurğulayıb.