"Soyuq əllər, isti ürək" davam edir - Fotolar

"Soyuq əllər, isti ürək" davam edir - Fotolar
1871 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq 10 günə yaxındır ki, “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir.

Axşam.az xəbər verir ki, burada hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatları dada bilər.

Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə “Nargis” Fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlar – uşaq evlərin sakinləri ziyarət edəcəklər.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. 2019-cu ildən etibarən Fond tərəfindən Novruz bayramına həsr olunan yaz yarmarkası - “Torpaq əlimdə, bahar ürəyimdə” təşkil edilir.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yanvarın 13-dək səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.