“Bir-iki nəfər "like" edir deyə, elə bilirlər böyük adamdırlar"

“Bir-iki nəfər "like" edir deyə, elə bilirlər böyük adamdırlar"
563 dəfə oxunub
  • A-
  • A
  • A+

“Boş-boş danışırlar, lazımsız mövzulara toxunurlar. Lazım olan məqamda sözümü deyirəm. Qaynayıb-qarışmıram ona görə ki, lüzum görmürəm. O yerdə ki, sənətdən, insanlıqdan, mənəviyyatdan söhbət getmirsə, orada yoxam”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov “X maqazin” verilişində həmkarları haqda deyib.

O, mülklərini nümayiş etdirən sənətçiləri qınayıb:

“Dostları və bir-iki nəfər aşnası onları “like” deyə, elə bilirlər böyük adamdırlar. Əslində, elə deyil. İnsan özünə kənardan baxmalıdır. Var-dövlətlərini göstərirlər. Belə söhbətlər mən səssizəm”.