“Handicraft Baku”dan Yeni il sürprizləri - Fotolar+Video

“Handicraft Baku”dan Yeni il sürprizləri - Fotolar+Video
771 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 13-də Bakıda “Axşam Bazarı” adlı moda tədbiri keçiriləcək.

Bu barədə Axşam.az saytına tədbirin təşkilatçısı “Handicraft Baku” şirkətindən məlumat verilib.

Bildirilib ki, tədbir “Rotunda Hall” adlanan məkanda saat 18:00-dan etibarən start götürəcək:

“Burada bir qədəh kokteyl içərək, Azərbaycan dizaynerlərinin dəbli yeniklərindən və “Garage Sale”nin ən dəbli blogerlərindən zövq alacaqsınız, ən əsası xüsusi məsləhətçi heç kimi laqeyd qoymayan obrazları ilə sizə öz məsləhətlərini verəcək. Yerli sənətkarların stendlərini (#wakeupartists) unutmuruq – onların işləri və şəxsən özləri ilə tanış olmaq üçün əla fürsət.

Gecənin sonunda isə DJ-lərin və Dihaj qrupunun musiqiləri ilə bayram atmosferinə girəcəksiniz.

14 dekabrda isə “Passaj”da “Handicraft Baku” “Let It Snow” sərgisi ilə Sizi 90-cı illərin bayram atmosferinə salacaq. Sizi canlı musiqi, maraqlı əl işləri, dadlı yeməklər və yaxınlarınız üçün Yeni ilə özəl qiymətlərlə geniş hədiyyə seçimi gözləyir.

“Handicraft Baku” hamınızı səbirsizliklə gözləyir”.