Bu istifadəçilərin “WhatsApp”a girişi ləğv ediləcək

Bu istifadəçilərin “WhatsApp”a girişi ləğv ediləcək
3408 dəfə oxunub
  • A-
  • A
  • A+

"WhatsApp" messenceri "Windows Phone" əməliyyat sistemi, "Android" və "iOS" platformalarının köhnə versiyalarının idarəetməsi altında işləyən cihazlarda işləməyəcək.

Axşam.az "ictnews"a istinadən xəbər verir ki, sözügedən messencer "Windows Phone" mobil əməliyyat sistemində 2019-cu il dekabrın 31-də öz işini dayandıracaq. Həmçinin 2020-ci ilin fevralın 1-dən etibarən messencer "Android 2.3.7"-dək və "iOS 9"-dək olan versiyalarda işləməyəcək. Qəzetin məlumatına görə, milyonlarla istifadəçi "WhatsApp" messencerinə girişdən məhrum olacaq.

Sözügedən messencer "Android 4.0.3" və "iOS 9" versiyalarından başlayaraq digər versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatan olacaq. Şirkətin nümayəndəsi izah edib ki, bu məhdudiyyətlər messencerin imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır.