Hacıbaba Hüseynovun xatirəsi anılıb

Hacıbaba Hüseynovun xatirəsi anılıb
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salınıb, muğam sənətinin inkişafındakı xidmətləri vurğulanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək deyib ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanıb.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə xalq və bəstəkar mahnıları ifa olunub, muğamlarımız səsləndirilib.

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.